Sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 31-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, Lənkəran və Astara zonasında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcədən 9 dərəcəyə qədər isti olacağı gözlənilir.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37