Oğuzda “Qırmızı Kitab”a düşən vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələnib

Bakı. 13 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Heyvanlar aləmi haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reyd keçiriblər.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Oğuz rayonu Kərimli kəndi ərazisində kənd sakini Elçin Babayevdə qanunsuz olaraq təbiətdən götürülən, Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan Qara çalağan quşu aşkar edilib.

Faktla bağlı E.Babayev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Qara çalağan quşu götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24