Neftçalada nəsli kəsilməkdə olan balıqları ovlayan şəxs saxlanılıb

Neftçalada ilanbalığı ovlayan Salyan sakini saxlanılıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Baş Mil-Muğan kollektorunun Neftçala ərazisindən keçən hissəsində əməliyyat keçirilib. Əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini Əliyev Elçən Bayram oğlu saxlanılıb.

Baxış zamanı saxlanılan şəxsin nəsli kəsilməkdə olan 95 ədəd ilanbalığı (Minoqa) ovladığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24