Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

“Dekabrın 28-i səhər saatlarına olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir”.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 29, Qobustanda 23, Balakən, Şəki, Naftalan, Altıağacda 20, əksər rayonlarda isə 19 m/s-yə çatır.

“Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. Dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir”.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24