Nazirlik meşələrin qorunması məqsədi ilə əhaliyə müraciət edib - VİDEO

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin qorunması məqsədi ilə əhaliyə müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev “Report”a açıqlamasında bildirib ki, Azərbaycanın 22,5 faizi bələdiyyə, 19,6 faizi isə xüsusi mülkiyyətdə olan torpaqlardır: "Hər bir mülkiyyətçi, heyvan saxlayan şəxs öz heyvanının qayğısına qalmalıdır, onları meşəyə buraxmamalıdır. Çünki körpə fidanları mal-heyvan yeyir, nəticə isə Azərbaycan meşələrinə böyük və sağalmaz yara vurur". 

Firdovsi Əliyev qeyd edib ki, meşə hər kəs üçün oksigen mənbəyidir: "Meşənin ömrü orda olan ən hündür ağacın yaşı qədərdir, o ağac məhv olanda meşə də məhv olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin qorunması məqsədi ilə vətəndaşlara müraciət edir ki, hər kəs mal-heyvanını dövlətin ona verdiyi torpaqda saxlasın. Vətəndaşlarımızdan xahiş edirik ki, meşələrimizə, ətraf mühitimizə dost münasibət bəsləsinlər. Bizdən sonra bu torpaqlarda bizim övladlarımız yaşayacaq, bu səbəbdən də biz məsuliyyətli olmalıyıq. Onlara Azərbaycana qorunmuş formada təhvil verməliyik. Ən azından vətəndaşlıq məsuliyyəti danışmalıyıq. Hər kəs birinci özündən başlamalıdır".

Video: Elçin Murad

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34