Nazirlik: Bibiheybətdə istinad divarının uçması sürüşmə ilə əlaqədar deyil - YENİLƏNİB

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb: "Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil".


*** 11:29

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda daha bir ərazidə sürüşmə prosesi baş verib.

"Report" xəbər verir ki, Bibiheybət yolunda (Bibiheybət məscidinin yaxınlığı) qeydə alınan sürüşmə zamanı istinad divarının bir hissəsi uçub.

Hazırda ərazidə təmizləmə işləri aparılır.

Qeyd edək ki, hazırda Badamdar qəsəbəsində də sürüşmə baş verir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34