Nazirlik Azərbaycanda qanunsuz ov edən Suriya vətəndaşını cərimələyib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Ağgöl Milli Parkının ərazisində ov etmək istəyən Suriya vətəndaşı İmad Alabarsan Hlayıl və Azərbaycan vətəndaşı Ramil Ağayevi Milli Parkın mühafizə işçiləri saxlayıb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qanun pozucularının Az 10-PE-901 dövlət nömrə nişanlı "Niva" markalı avtomobilinə keçirilən baxış zamanı oradan 1 ədəd binokl, quş saxlamaq üçün səbət və ov vasitələri müəyyən olunaraq götürülüb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub. "Heyvanlar aləmi haqqında" qanununun tələblərini pozduqlarına görə qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2600 manat məbləğində cərimə edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34