Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşlarla yanvarın 23-nə nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Görüş yanvarın 30-da, saat 10:00-da Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.         

Digər xəbərlər

Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31
Sabah hava yağmursuz olacaq 25 fevral, 2026 / 12:31
Sabah hava çiskinli olacaq 24 fevral, 2026 / 12:27
Sabah Bakıda hava çiskinli olacaq 23 fevral, 2026 / 12:23