Nazir müavini: Laçın və Qubadlıda təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq

Laçın və Qubadlı yasaqlıqlarının bazasında təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

Nazir müavini qeyd edib ki, "Böyük Qayıdış" proqramına uyğun olaraq 2027-2030-cı illər üçün dövlət proqramına əsasən tədbirlər planı hazırlanır.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə əsas məsələlərdən biri təhlükəsiz bərk tullantıların idarə edilməsi ilə bağlı fəaliyyətdir.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24