Naxçıvanda yüksək dağlıq ərazilərə qar yağır

Naxçıvan Muxtar Respublikasının ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Bu barədə "Report"un yerli bürosu Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinə istinadən xəbər verir.

Belə ki, sentyabrın 21-i saat 12:00-a olan məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Muxtar Respublikanın Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58