Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib.

“Report”un məlumatına görə, nazir yanğının miqyası ilə tanış olub və məsələ ilə bağlı müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, ötən gün Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş vermişdi.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb. Nəticədə 30 ha sahədə quru ot və kol-kos yanıb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34