Mütəxəssis: Son 35 ildə Azərbaycanda nəsli kəsilən fauna və flora növləri artıb

Azərbaycanda son 35 ildə nəsli kəsilmək təhlükəsində olan fauna növləri 2,2 dəfə, flora növlərinin sayı isə 3,2 dəfə çoxalıb. 

"Report" xəbər verir ki, bunu biomüxtəliflik üzrə mütəxəssis Abdin Abbasov BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY  Azərbaycan 2025"in bağlanış mərasimi çərçivəsində "İqlim və dayanıqlı gələcək: gənclərin baxışı" panel müzakirəsində deyib.

Mütəxəssis qeyd edib ki, iqlim dəyişmələrinin biomüxtəlifliyə mənfi təsirləri artmaqdadır:

"Bu fəsadların ən üzücü nümunələrindən biri Azərbaycanda olan Ağ durnaların son 17 ildə cəmi bir fərdinin qalmasıdır. Onun da artıq bu il yox olduğu ehtimal edilir".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24