Azərbaycanda meşənin yanma təhlükəsi yaranıb - FOTO

Bakı. 27 iyul. REPORT.AZ/ Qəbələ rayonu ilə Ağdaş rayonu arasındakı ərazidə yerləşən taxıl sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib. "Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi saytına istinadən xəbər verir ki, dərhal əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və ETSN-in müvafiq yerli qurumlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin birgə səyləri nəticəsində yanğının meşə fondu torpaqlarına keçməsinin qarşısı alınıb.

Meşə sahəsi yanğından mühafizə olunub.

Digər xəbərlər

Sabah 39 dərəcə isti olacaq 04 avqust, 2026 / 12:22
Sabah 39 dərəcə isti olacaq 31 iyul, 2026 / 12:16