Martın 18-dək Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, yağış, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün axşamdan başlayaraq martın 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, ayın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək .

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17