Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb

Son iki ayda Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

“Report”un Aran bürosunun məlumatına görə, son günlər havaların quraq keçməsi Kür çayına da ciddi təsir göstərib.

Çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalır. Son iki ayda isə Kürdə suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

Vəziyyətdən çıxmaq üçün bəzi nasoslara əlavə borular quraşdırılır, su çıxmayan nasos stansiyalarının qarşısı qazılaraq dərinləşdirilsədə çayda suyun səviyyəsi aşağı olduğundan nasoslar tam gücü ilə işləyə bilmir.

Mütəxəssislər hesab edir ki, çayda suyun azalması prosesi avqust ayınadək davam edəcəyi gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34