Kürdə və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala və Salyan rayon sakinləri Cavanşir Quliyev və Salman Əhmədov olduğu müəyyən edilib.

B.Məhəmmədov qeyd edib ki, eyni zamanda Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakinləri Elşad Əyyubov və Rəşad Kərimov saxlanılıb: "Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02