Korçay Dövlət Təbiət Qoruğunun sanitariya mühafizə zonası təsdiq edilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti Korçay Dövlət Təbiət Qoruğunun sanitariya mühafizə zonasını təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğunun sanitariya mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 962,64 hektarlıq sahədə təsdiq edilib. 

Digər xəbərlər

Şahdağa qar yağır - Faktiki hava 20 noyabr, 2026 / 10:11
Sabah hava yağmursuz olacaq 16 noyabr, 2026 / 12:52