Jurnalistlər “Yaşıl qələm” bağında əkilən ağaclara qulluq edib

Media nümayəndələri Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınan “Yaşıl qələm” jurnalistlər bağında əkilən ağaclara qulluq ediblər.

"Report" xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media qurumlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları ərazidə yeni ağaclar əkib, eyni zamanda ötən il əkilən meyvə ağaclarına baxış keçiriblər.

Tədbirin davamında bağın ərsəyə gəlməsində zəhməti olan jurnalistlər çay süfrəsi arxasında səmimi söhbət edib və xatirə fotoları çəkdiriblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, jurnalistlərin saldığı bağda 100 faiz bitiş alınıb: "Əlbəttə ki, böyük ruh-yüksəkliyi və coşğu ilə əkilən ağaclardan bu cür bağın ərsəyə gəlməsi təbiidir. Özünüz də gəlib əkdiyiniz meyvə ağaclarının bəhrəsini gördünüz və ürəkaçan mənzərənin şahidi oldunuz. Hamınıza təşəkkür edirik ki, Abşeron yarımadasının yaşıllaşdırılmasında hamılıqla iştirak edirsiz və töhfənizi verirsiz”.

Qeyd edək ki, 2019-cu ilin martın 10-da 100-dən çox jurnalistin iştirakı ilə sözügedən ərazidə yapon əzgili, feyxoa, nar, ərik ağacları əkilib. Bağa "Yaşıl qələm" adı verilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34