Jurnalistlər ağac əkdi

Yaşıllıq sahələrinin artırılması, ağac əkininin təşviqi məqsədilə yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə tədbiri torpaq çərşənbəsi günündə Jurnalistlərin binası qarşısında keçirilib.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın meyvə və həmişəyaşıl ağac tingləri əkilib.

Eyni zamanda, öz bağ sahələrində ağac əkmək üçün müraciət edən media nümayəndələrinə tədbir çərçivəsində əlavə meyvə tingləri paylanılıb.

Digər xəbərlər

Sabah yağış yağacaq - PROQNOZ 03 mart, 2026 / 12:32
Sabah yağış yağacaq - PROQNOZ 02 mart, 2026 / 12:32
Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31