İndira Hacıyeva: Gənclərin inkişafında elm, siyasi iradə və fərdlərin davranışına diqqət yetirilməlidir

COP29 dövründə gənclər qrupu tərəfindən Gənclər və İdman nazirliyinin pavilyonunda 27 tədbir keçirilib.

"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, COP29 konfransı dövründə gənclər 14 tədbirin keçirilməsini təklif etsələr də, 11 gün ərzində 27 tədbir baş tutdu:

"Bizim pavilyonumuzda təkcə könüllü gənclər deyil, tədbirlərə könüllü qatılmaq istəyən yetərincə kənar şəxslər də var idi. Onları gənclərin bu tədbirlərə və ümumilikdə COP29-a optimist yanaşması cəlb edirdi".

Nazir müavini qeyd edib ki, gənclərin inkişafında üç məqam çox önəmlidir:

"Gənclərin inkişafında elm, siyasi iradə və fərdlərin davranış tərzinə diqqət yetirmək lazımdır".

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24