“İlandağ” geoloji parkının rəqəmsal xəritəsi yenidən hazırlanıb

Naxçıvanda yaradılması nəzərdə tutulan “İlandağ” geoloji parkının rəqəmsal xəritəsi və parkın hüdudları daxilində yerləşən obyektlərin pasportu yenidən hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.

O bildirib ki, bu çərçivədə sənədləşmə işlərinin UNESCO-nun tələblərinə uyğun aparılması üçün donor təşkilat axtarılır:

“Həmçinin Əlincə dağına status verilməsi ilə bağlı tərəfimizdən zəruri işlər aparılıb. Nəticədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə oraya respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib.

“Əlincədağ” təbiət abidəsinin ərazisinə aidiyyəti qurumlarla birlikdə baxış keçirilib, müvafiq ölçü işləri aparılıb, təbiət abidəsinin yerquruluşu planı və pasportu hazırlanıb.

Eyni zamanda, təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi ilə mühafizə öhdəliklərini müəyyən edən müqavilə imzalanıb, giriş hissəyə məlumat lövhəsi quraşdırılıb”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34