İctimai Birlik sədri: Ermənistan Araz çayının çirkləndirilməsi ilə bağlı beynəlxalq etirazları nəzərə almır

Ermənistan ərazisində fəaliyyət göstərən Əkərək (Aqarat) mis-mədən kombinatından çıxan kimyəvi tullantılar birbaşa Araz çayına axıdılır.

"Report" xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının üzvü, "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin rəhbəri Müqabil Bayramov koalisiya tərəfindən keçirilən Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycan çaylarını, bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə brifinqdə deyib.

O qeyd edib ki, bu fəaliyyət  Araz çayının çirkləndirilməsinə ciddi təsir edir:

"13 dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı "Environmental Protection First" koalisiyasına qoşulub, Ermənistanın ekoloji standartlara əməl etmədən apardığı işlərə öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan hakimiyyətinə və Espoo konvensiyasına açıq müraciət ediblər. Ancaq təəssüf ki, bununla bağlı heç bir nəticə yoxdur".

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24