Hüseyn Bağırov Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyulun 3-də Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24