Azərbaycanda havanın temperaturunun enəcəyi ilə bağlı xəbərdarlıq edilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, dekabrın 14-dən 16-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. 

Dekabrın 13-dən 14-nə keçən gecə şimal küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. 

Digər xəbərlər

Kəlbəcərə sulu qar yağıb 02 oktyabr, 2026 / 10:23
Sabah Azərbaycanda leysan yağacaq 01 oktyabr, 2026 / 13:20
Sabah rayonlara yağış yağacaq 29 sentyabr, 2026 / 12:43