Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, oktyabrın 26-dan 29-dək ölkə ərazisində yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək. 

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24