Günün ikinci yarısından duman çəkiləcək

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 09 noyabr, 2026 / 11:56
Batabat yaylağına qar yağır 08 noyabr, 2026 / 11:16