Göygöl Milli Parkının sanitariya-mühafizə zonası müəyyənləşib - FOTO

Bakı. 7 mart. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının Göygöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Sənədə əsasən, Göygöl Milli Parkının sanitariya-mühafizə zonası Göygöl rayonu üzrə 303,58 hektar, Goranboy rayonu üzrə 73,2 hektar, Daşkəsən rayonu üzrə 80,04 hektar olmaqla, ümumilikdə 456,82 hektar sahədə təsdiq edilib.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38