​Gəncəyə sulu qar yağıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Gəncə şəhərinə sulu qar yağıb.

"Report"un məlumatına görə, bir neçə gündür Gəncədə yağmurlu və qeyri-sabit hava şəraiti davam edir. 

Oktyabrın 31-də səhər saatlarından isə şəhər ərazisinə sulu qar yağmağa başlayıb. 

Qeyd edək ki, bu gün Gəncə-Qazax regionunda havanın əsasən buludlu və yağmurlu olacağı proqnozlaşdırılır. Havanın temperaturu səhər 10, gündüz 12 dərəcə isti olacaq. 

Digər xəbərlər

Azərbaycana payız fəsli daxil olub 23 sentyabr, 2026 / 04:05
Tovuz rayonuna dolu düşüb 22 sentyabr, 2026 / 23:07