Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb - YENİLƏNİB

Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin 4-cü mikrorayon ərazisində küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib.

Qeyd edək ki, küləkli hava şəraiti davam edir.

19:29

Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, külək səbəbindən qısaqapanma baş verib, elektrik xətləri sıradan çıxıb.

Nəticədə mikrorayon ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və problemin həlli istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir. Külək səbəbindən bir neçə ağac aşıb.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37