ETSN rəsmisi: İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb

İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Geoloji Ekspertiza şöbəsinin baş mütəxəssisi Nahid Məmmədov ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.

Onun sözlərinə görə, hazırda Ağdamda bərpa-quruculuq işləri ilə əlaqədar bir mişar daşı, üç qum-çınqıl yatağı olmaqla, dörd yataq istifadəyə verilib:

"Eyni zamanda, bir sement xammalı və iki üzlük daşı yatağının hərraca verilməsi planlaşdırır".

N.Məmmədov həmçinin qeyd edib ki, görülən işlər çərçivəsində Füzulidə mişar daşı, qum-çınqıl olmaqla üç faydalı qazıntı yatağı istifadəyə verilib.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24