ETSN: Qəbələdə kütləvi kəsilən ağaclar meşə fondu ərazisində deyil

Bakı. 4 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qəbələ rayonu Dizaxlı kəndindəki meşəlik ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Bu barədə "Report"a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı ağacların meşə fondu ərazisində deyil, rayonun Dizaxlı kənd sakinləri Şiraz Osmanov və Mehman Umarova məxsus həyətyanı sahələrdə kəsildiyi aşkar edilib.

Kənd sakinlərinin xüsusi mülkiyyətlərində olan həyətyanı sahələrə keçirilən baxış zamanı yaş köküstə 3 qoz və 2 qovaq ağacının kəsildiyi müəyyən olunub. Torpaq mülkiyyətçiləri ağacları maddi ehtiyaclarını ödəmək üçün kəsərək satdıqlarını etiraf ediblər.

"Ağac kəsintisi faktları olmasına baxmayaraq mövcud qanunvericiliyin tələbləri həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan vermir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” və “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydalarının tələbləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir", - nazirlikdən bildirilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38