ETSN iş adamlarını ağac əkmə kampaniyasına qoşulmağa çağırıb

Bakı. 27 dekabr. REPORT.AZ/ "İş adamlarını yaz fəslində planlaşdırılan ağac əkmə kampaniyasına qoşulmağa dəvət edirik".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib. 

O bildirib ki, yaz əkin kampaniyaları ilə bağlı kifayət qədər ting var: "Bu il keçirilən payız əkin kampaniyası zamanı 100 min ağac əkildi. Belə kampaniyalar davamlı olaraq həyata keçiriləcək".

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22