Eldar Əzizov: "Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlanır"

Bakı. 9 noyabr. REPORT.AZ/ “Hazırda mütəxəssislər Bayıldakı sürüşmə zonası ilə bağlı xüsusi layihə hazırlayır, rəy formalaşıb. Sadəcə olaraq vaxt tələb olunur”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov deyib.

Onun sözlərinə görə, baş verən hadisə təbii prosesin nəticəsidir: “İnsan amili bunu yalnız sürətləndirə bilər. Sürüşmə baş verəndə, adətən, günahkarı axtarıb tapmağa çalışırlar. Ola bilər kimsə öz fəaliyyəti ilə buna təkan verə bilər. Lakin belə hadisələr hətta daş dövründə, eləcə də XVIII əsrdə də olub. Bu gün baş verənlərin qarşısını tam həcmdə almaq çətin məsələdir. Hər halda həm yerli, həm də xarici mütəxəssislər xüsusi layihənin üzərində işləyir və ictimaiyyətə əlavə məlumatlar veriləcək”. 

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02