Ekoloji məsələlər üzrə işçi qrupun üzvləri Ağdamın Kəngərli kəndində olublar

Ekoloji məsələlər üzrə işçi qrupun üzvləri Ağdam rayonunun Kəngərli kəndində olub.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, iştirakçılar Kəngərlidə yaranan tikinti-söküntü tullantılarının təkrar emal olunması qurğusunun işi ilə tanış olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, işğal dövründə ermənilərin məhv etdiyi ərazilərdə daş və beton hissələrdən xüsusi qurğularla xammal hazırlanır:

"Bu xammal öncəliklə yol işlərində sərfəli materiallar ola bilər. Ümumiyyətlə, Azərbaycanda da təkrar xammal materiallarından istifadə etmək çox vacibdir. Biz çalışmalıyıq ki, öz resurslarımızı, sərvətlərimizi qoruyub saxlayaq. Mövcud tullantılardan alınan xammalın tərkibinə ehtiyac olsa, müəyyən bərkidici və digər elementlər vurmaqla istifadəyə yararlı materiallar almaq olar".

Ərazidə tikinti işləri aparan "Binacycle" şirkətinin direktoru Rəşad Osmanov bildirib ki, iyul ayından etibarən şirkət Kəngərli kəndində işlər aparır:
"İşğal dövründən qalan binalar və tikililərin qalıqları emal edilir və yol infrastrukturu üçün yararlı materiallar kimi istifadə edilir. Gələn ilin əvvəlində isə artıq Ağdamın digər ərazilərində də qeyd edilən işlər aparılacaq".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34