Dünyada ən çox plastik zibil olan ölkə müəyyən edilib

“Lids” Universitetinin britaniyalı alimləri dünyanın 50 mindən çox şəhər və kənd yerlərində plastik çirklənmənin yüksək olduğu ərazilərini müəyyən ediblər.

“Report” xəbər verir ki, araşdırma “Nature” elmi jurnalında dərc olunub.

Alimlər süni intellektdən istifadə edərək hər il tullantıların emalı sistemindən 52 milyon ton plastikin keçdiyini müəyyən ediblər ki, bunun da 36 milyonu (68%) toplanmamış polimer tullantılarıdır.

Dünya ölkələri arasında plastik çirklənməyə görə Hindistan birinci yerdədir və ildə 9,3 milyon ton tullantı buraxır. Bu, növbəti iki aparıcı çirkləndirici ölkə - Nigeriya və İndoneziyadan 2,7 dəfə çoxdur.

Üstəlik, plastik tullantıların yalnız 81%-i Hindistanda toplanır, qalan 19%-i isə ətraf mühitə atılır.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20