Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə "Report"a Xidmətdən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Lerikdə 9, Bakıda və Abşeron yarımadasında 7, Şəmkir və Qubada 4, Qobustanda 3, Astara, Şabran və Lənkəranda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ordubad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Beyləqan, Sabirabad, Göyçay, Neftçala, Yardımlıda 1 mm-dir.

Naxçıvan, Şərur, Sədərək, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58