Çimərliklər iyun ayının 15-dən istifadəyə veriləcək

Bakı. 1 iyun. REPORT.AZ/ "Çimərliklər iyun ayının 15-dən istifadəyə veriləcək".

"Report" xəbər verir ki, bunu Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov mətbuat konfransında deyib.

O xatırladıb ki, çimərliklərdə monitorinqlərin aparılmasında məqsəd çimərlik mövsümünün başlanması ilə əlaqədardır: "Monitorinqlərin nəticələri bütün müvafiq, icraedici qurumlara göndərilib. Bir şəxsin hər hansı xəstəliyə yoluxması hamımız üçün təhlükədir, bu məsələyə nəzarət etmək lazımdır".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24