Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkilib

Cəlilabad rayonunda 70 ədəd "Şərq tuyası" ağacı əkilib.

"Report"un Muğan bürosunun məlumatına görə, "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayon ərazisində yaşıllıqların bərpası və qorunması istiqamətində növbəti aksiya keçirilib.

Bu çərçivədə Cəlilabad şəhəri Heydər Əliyev prospektinin sağ və sol hissəsində əkilmiş yaşıllıq zolağına keçirilən baxış zamanı qurumuş ağaclar müəyyən edilərək çıxarılıb, həmçinin boş qalmış sahələr dəqiqləşdirilib.

Ətraf mühitin mühafizəsi və yaşıllıq örtüyünün artırılması məqsədilə həmin ərazilərdə 70 ədəd "Şərq tuyası" ağacı əkilib.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37