Bu ilin üç ayı ərzində 7 xarici ölkə vətəndaşı qanunsuz ova görə cərimələnib

Bakı. 25 may. REPORT.AZ/ "Ötən il və bu ilin dörd ayı ərzində 300-ə qədər vətəndaş qanunsuz ova görə saxlanılıb və cərimələnib".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin üç ayı ərzində 7 xarici ölkə vətəndaşı hər biri ova görə 2 min manat məbləğində cərimə edilib: "Onlar əsasən Körfəz ölkələrindən olan turistlərdir. Hazırda cərimələr Nazirlər Kabinetinin 2004-cü ildə təsdiq etdiyi qərara uyğun həyata keçirilir. Nazirlik olaraq, cərimələrin bir qədər də sərtləşdirilməsinin tərəfdarıyıq. Bununla bağlı yeni qərar layihəsi hazırlanıb. Bəzi cərimələrin məbləğinin bir neçə dəfə, hətta 5 dəfə artırılması nəzərdə tutulur. Yeni qərarın yaxın aylarda təsdiqlənməsi üçün hazırda ciddi işlər aparılır".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24