Bu gün meşə fondu torpaqlarında 3 mindən artıq ağac əkilib

Hazırda ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının, həmçinin hərbçilərin iştirakı ilə Xaçmaz və Beyləqan rayonlarında keçirilib və 3 mindən artıq müxtəlif növ ağac tingi əkilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38