Bolqarçayda sel sularının maneəsiz axıdılması üçün məcratəmizləmə işləri aparılıb

Bolqarçay çayında Biləsuvar rayonuna daxil olan sel sularının maneəsiz və fəsad vermədən axıdılması üçün məcratəmizləmə işləri görülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, çayda 7,4 kilometr uzunluğunda məcratəmizləmə işləri aparılıb. Həmçinin çayın məcrasında sağ və sol sahili istiqamətində genişləndirmə işləri həyata keçirilib.

Nəticədə yaz aylarında qısamüddətli sel sularının keçdiyi çayın yaxınlıqdakı əkin sahələrinə və yaşayış məntəqələrinə dəyəcək ziyanın qarşısı alınacaq.

Qeyd edək ki, bu çay Biləsuvar rayonunda əkilən torpaq sahələrinin 1 000 hektara yaxınını suvarma suyu ilə təmin edir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34