Bakıda yüksəksəviyyəli "D-8 İqlim və Şəhərlər dialoqu" keçiriləcək

Bakıda 13-17 oktyabr tarixlərində yüksəksəviyyəli "D-8 İqlim və Şəhərlər dialoqu" keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, ilk dəfə olaraq bu formatda iqlim və şəhərsalma nazirləri, merlər bir araya gələcək.

"2020–2030-cu illəri əhatə edən 10 illik D-8 inkişaf proqramının icrasında şəhərlərin rolu və təsiri qiymətləndiriləcək", - idarə rəisi bildirib.

Digər xəbərlər

Sabah güclü külək əsəcək 02 dekabr, 2025 / 13:37
Sabah yağış yağacaq - PROQNOZ 02 dekabr, 2025 / 12:26