Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı polisi itkin düşmüş qadını, onun qızlarını və oğlunu tapıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş - Əfsanə Mirzəyeva, qızları Fatimə, Zilan və oğlu Səid evə qayıdıblar.