Bakıda palçıq vulkanı püskürüb

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Nazirlikdən bildirilib ki, Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupuna daxildir və Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02