Babək rayonunda Cəhriçaya sel gəlib, əkin sahələri su altında qalıb

Babək rayonunun Cəhri qəsəbəsinə, Payız və Buzqov kəndlərinə yağan güclü yağışlardan sonra Cəhriçaya sel gəlib.

"Report"um yerli bürosu xəbər verir ki, bir sıra əkin sahələri su altında qalıb.

Təbii fəlakət qəsəbədə evlərə və təsərrüfata zərər vurmayıb.

Digər xəbərlər

Sabah hava yağmursuz olacaq 16 noyabr, 2026 / 12:52
Sabah Bakıda yağış yağacaq 14 noyabr, 2026 / 12:40