Azərbaycan və rusiyalı alimlər Cənubi Qafqazda yeni iri ilan növü aşkar ediblər

Cənubi Qafqaz regionunda yeni iri ilan növü aşkar olunub.

"Report" xəbər verir ki, bu, Rusiyanın Soçi Milli Parkı alimlərinin Azərbaycan, Türkiyə, Slovakiya və Çexiyadan olan həmkarları ilə birgə apardığı tədqiqatlar nəticəsində mümkün olub.

Yeni ilan növünə Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədərki ərazilərdə mövcud olmuş antik Urartu dövlətinin adı verilib.

Urartu bağailanı 1950-ci ildə amerikalı bioloq Ernst Mayr tərəfindən kəşf olunmuş əkizlər növünə aiddir.

Yeni ilan növü Dağıstanın dağlıq ərazilərində və bütün Cənubi Qafqaz zonasında yaşayır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38