Azərbaycan milli parklarında "açıq qapı" günü keçiriləcək

Azərbaycan milli parklarında yanvarın 11-də Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar "açıq qapı" günü keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Açıq qapı" günündə ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gedə bilərlər.

Xatırladaq ki, 11 yanvar - Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur. Bu günün əsas məqsədi milli parklar və dövlət təbiət qoruqlarının biomüxtəlifliyin mühafizəsi, təbii ekosistemlərin qorunması və ekoloji tarazlığın təmin olunmasındakı əvəzsiz rolunu vurğulamaq, eyni zamanda, cəmiyyətin ətraf mühitə məsuliyyətli münasibətini təşviq etməkdir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20