Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı.15 oktyabr. REPORT.AZ/ Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru 12 dərəcəyədək isti, Bakıda isə gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru 12 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-metereoloji proqnoza gəlincə, oktyabrın 16-17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37