Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Sabah Bakıda havanın arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, havanın arabir yağıntılı olacağı gözlənilir, şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə və gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin dəyişməsi, şimal küləyinin güclənməsi, eyni zamanda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsizdir. 

Digər xəbərlər

Sabah hava yağıntılı olacaq 10 mart, 2026 / 12:11
Sabah yağış yağacaq - PROQNOZ 03 mart, 2026 / 12:32