Azərbaycanda qanunsuz ov edən əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda bu ilin 9 ayı ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumları nəzarət tədbirləri nəticəsində 122 nəfəri saxlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 10-u xarici ölkə vətəndaşıdır.

"Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz ov faktları ilə bağlı ümumilikdə 121 min 878 manat məbləğində cərimə tətbiq olunub", - o əlavə edib.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58